Sənin üçün xüsusi olaraq bettinq şirkəti MelBet Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu – Araz-Naxçıvan ilə Kiprin Omoniya komandası arasında keçiriləcək qarşılaşmanın ön baxışını hazırlayıb.
Harada və nə zaman
Araz-Naxçıvan – Omoniya oyunu 7 avqust tarixində Azərbaycanın paytaxtında yerləşən Dalğa Arenada keçiriləcək.Başlanğıc – Bakı vaxtı ilə saat 21:00.
Araz-Naxçıvan avrokuboklarda uğurlu debüt etdi
Ötən mövsüm Araz-Naxçıvan milli çempionatda bürünc medal qazandı və tarixində ilk dəfə olaraq Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ əldə etdi. Avropa arenasında debütdən əvvəl klub heyətini 6 legioner ilə gücləndirdi: Kabо-Verdedən Patrik Andrade, Almaniyadan Ba-Muaka Simakala, Braziliyadan Bruno Franko, İsraildən Bar Kоen və fransalılar Hamidou Keyta ilə Şarl Boli. Eyni zamanda, braziliyalı İqor Ribeiro komandadan ayrılaraq Bakının Neftçi klubuna keçdi.
Yeni transferlərin adaptasiyası uzun çəkmədi. 24 iyulda onlar UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Saloniki təmsilçisi Aris üzərində tarixi 2:1 hesablı qələbədə mühüm rol oynadılar. Elmar Baxşıyevin yetirmələri Yunanıstan klubunu əzmkarlıqla məğlub etdilər və həlledici qolu Patrick Andrade vurdu.
Cavab oyununda «Qırmızı-ağlar» açıq-aşkar autsayder hesab olunsalar da, 62-ci dəqiqəyə qədər 2:0 hesabı ilə inamla öndə gedirdilər. Həmin oyunun qəhrəmanı braziliyalı Felipi Silva oldu – əvvəlcə o, Şarl Boliyə məhsuldar ötürmə verdi, daha sonra isə penalti zərbəsini dəqiq yerinə yetirdi. Yunanıstan klubunun futbolçuları yalnız əsas vaxtın son dəqiqəsində hesabı bərabərləşdirə bildilər.
Omoniyanın cari avrokampaniyada 2 quru qələbəsi var
Omoniya – Kiprin təcrübəli avrokubok təmsilçisidir. Ötən mövsüm Nikosiya klubu ölkənin Birinci Divizionunda mövsümü üçüncü yerdə tamamladı və UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazandı.
24 və 31 iyul tarixlərində “Yaşıllar” Kutaisinin Torpedo komandasını evdə 1:0, səfərdə isə 4:0 hesabı ilə məğlub etdilər. Bu 5 qoldan 3-nün müəllifi, İnter, Mançester Siti, Sevilya, Monako və Fiorentina kimi klublarda oynamış monteneqrolu veteran Stevan Yovetiç oldu. Hər iki oyunda Kipr təmsilçisi rəqib üzərində tam üstünlük nümayiş etdirməsə də, qol vəziyyətlərini dəqiq dəyərləndirdi və müdafiədə etibarlı oyun göstərdi.
Hazırda Kipr çempionatının bürünc mükafatçısı olan komandanı Henning Berq idarə edir – o, ser Aleks Ferqyuson dövründə Mançester Yunayted-in sabiq müdafiəçisidir.
Araz-Naxçıvan – Omoniya: hansı mərci seçmək olar?
MelBet az saytında təqdim olunan əmsallar belədir: ev sahiblərin qələbəsi – 2.85,heç-heçə – 3.10,
qonaqların qələbəsi – 2.33, hər iki komanda qol vuracaq (bəli) – 1.80, hər iki komanda qol vuracaq (xeyr) – 1.90,total 2,5-dən çox – 2.05, total 2,5-dən az – 1.70,1X – 1.48, 12 – 1.30, X2 – 1.35.
Əmsallar bu qarşılaşmada aydın favoritin olmadığını göstərir. Favoritinə mərcini MelBet mobitətbiqində və ya beynəlxalq brendin əsas saytında et!



