More

    “Araz Naxçıvan” tamamilə “bakılılaşdı”

    Regionunu təmsil etmək əvəzinə paytaxta sığınan “Araz Naxçıvan” klubuna yönələn tənqidlərdən dərs çıxarmaq əvəzinə, aşağı yaş qruplarından olan komandalarını da Bakıya köçürmə qərarı verib.

    sport-az.com-ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisinin U-16 və U-15 yaş qrupları bu mövsüm Bakıda yerləşəcək. Bu yeniyetmə komandalar məşq və matçlarını “Rekord Arena”da keçirəcək. Bundan əvvəl əsas heyətlə birlikdə ehtiyat oyunçular, U-19 və U-17 qrupları da paytaxta köçmüşdü. Qeyd edək ki, 2023/2024 mövsümündən Premyer Liqada mübarizə aparan “Araz Naxçıvan” Naxçıvan şəhər stadionunun təmir olunmasını bəhanə edərək ev oyunlarını Mərdəkandakı “Dalğa Arena”da təşkil edir. Klub bu mövsüm UEFA Konfrans Liqasında da mübarizə aparıb, üçüncü təsnifat mərhələsində Kiprin “Omoniya”sı ilə qarşılaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni