“İnter Mayami”nin kapitanı və futbol dünyasının əfsanəsi Lionel Messi, həmvətəni və “Formula-1” sürücüsü Franco Kolapintodan xüsusi bir hədiyyə alıb – bu, Kolapintonun “Formula-2”də istifadə etdiyi yarış şlemlərindən biridir.
8 qat “Qızıl top” sahibi olan Messi bu hədiyyəyə görə xoş təəccüb yaşayıb. 21 yaşlı sürücü tərəfindən təqdim olunan şlem, yalnız idman simvolu deyil, həm də Kolapintonun futbola olan heyranlığının ifadəsi və Messiyə uğur arzusu ilə verilmiş talisman sayılır.
Kolapinto sosial şəbəkələrdə paylaşdığı fotoda gülümsəyən Messi şlemlə birlikdə görünür. Hədiyyəni daha da dəyərli edən isə onun üzərində yazılmış şəxsi mesajdır: “Bu qədər əyləncə və verdiyin dərslərə görə təşəkkürlər. Uğurlar arzulayıram.”
Bu onların ilk simvolik jesti deyil. 2024-cü ilin əvvəlində Messi Kolapintoya imzalı Argentina millisinin məşq formasını göndərmişdi. Maraqlıdır ki, bu formadan az sonra Kolapinto “Formula-2”də ilk qələbəsini qazanıb. Bu səbəbdən bir çox azarkeş hədiyyəni uğur gətirən işarə kimi qəbul etmişdi.

Həftəsonu hər iki idmançı üçün uğursuz keçdi
İsti münasibətlərə və motivasiyaedici hədiyyələrə baxmayaraq, bu həftəsonu hər iki argentinalı üçün uğurlu olmadı.
- “İnter Mayami” Klublararası Dünya Çempionatının ilk oyununda Misirin “Əl-Əhli” klubu ilə 0:0 hesablı heç-heçə edib. Messi bir neçə real qol fürsəti qazansa da, hesabı aça bilməyib.
- Franco Kolapinto isə Kanada Qran Prisində yalnız 13-cü yeri tutaraq çempionat xallarından kənarda qalıb.
Hər iki idmançı bu nəticələrə baxmayaraq, Argentina adından beynəlxalq arenada uğurla təmsil olunmağa davam edir