“Liverpul”un baş məşqçisi Arne Slot, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Bolonya” üzərində qazandıqları 2:0 hesablı qələbəni dəyərləndirib.
Sport-az.com-ın verdiyi məlumata görə, “qırmızılar”ın rəsmi saytında onun dediklərinə yer verilib:
“Yaxşı oyun oldu. Qələbə bizə asan başa gəlmədi, amma bu normaldır. Çempionlar Liqasında güclü komandalar çoxdur və “Bolonya” da onlardan biridir. Digər oyunların nəticələrini gördünüz. Bəziləri gözlənilməz oldu. Şadam ki, qapımızı toxunulmaz saxlayaraq qələbə qazandıq.”