İngiltərə Premyer Liqasının 20-ci turunda “Brayton end Hov Albion” və “Arsenal” arasında oyun keçirilib.
Sport-Az xəbər verir ki, oyun “American Express” stadionunda (Brayton, İngiltərə) baş tutub. Matçı baş hakim Entoni Teylor idarə edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçın 16-cı dəqiqəsində “Arsenal”ın futbolçusu İtan Nvaneri, Mikel Merinodan ötürmə alaraq hesabı açıb. 61-ci dəqiqədə isə “Brayton”un hücumçusu Joao Pedro penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Arsenal” 20 oyundan sonra 40 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yeri tutur. “Brayton” isə 28 xalla 10-cu pillədə qərarlaşıb. Hazırda birinci yeri 45 xalla “Liverpul” tutur.