More

    Arsenal – Paris Sen-Jermen, Barsa – İnter: ÇL-nın yarımfinalında favorititlərinizi seçin!

    Qlobal bettinq şirkəti 1xBet Avropanın ən nüfuzlu klub turnirinin builki mövsümündə iki finalçını müəyyən edəcək oyunları təqdim edir.

    Arsenal – Paris Sen-Jermen (29 aprel və 7 may)

    1 oktyabr əsas mərhələnin oyununda londonlular Emirates stadionunda Paris Sen-Jermen-ə heç bir şans vermədi və 2:0 hesabı ilə qalib gəldi. O vaxtdan bəri 1xBet-in rəsmi tərəfdaşı olan Paris Sen-Jermen böyük irəliləyiş əldə edib – komandanın ardıcıl ikinci dəfə Çempionlar Liqasının yarımfinalına çıxması artıq sensasiya hesab olunmur.Üstəlik, PSJ artıq ingilis komandalarına qarşı necə oynamağı öyrənib – 7-ci turda Fransa çempionu Man Siti-ni məğlub etdi, 1/8 və 1/4 mərhələlərində isə müvafiq olaraq Liverpul və Aston Villanı mübarizədən kənarlaşdırdı. Bununla belə, unutmaq olmaz ki, Paris Sen-Jermen turnirin ən gənc komandalarından biridir. Təcrübə çatışmazlığı az qala Aston Villa ilə cavab oyununda yarımfinal şansını əldən vermələrinə səbəb olacaqdı. Oyunun bəzi məqamlarında Luis Enrikenin komandası sanki groggi vəziyyətində idi.

    Arsenal əsas mərkəz müdafiəçisi Qabrielin yoxluğuna baxmayaraq, 1/4 final mərhələsində məhz Real-ı darmadağın etdi – iki oyunun yekununda 5:1 hesabı ilə.London klubunun çatışmazlıqları (ilk növbədə məhsuldar forvardın olmaması) uzunmüddətli yarışlarda üzə çıxsa da, pley-off formatında The Gunners istənilən rəqib üçün narahat rəqibə çevrilir.Keçən mövsüm Arsenal artıq Premyer Liqada Man Siti və digər rəqiblər üzərində qələbə qazanmağı öyrənmişdi, cari mövsümdə isə Artetanın komandası Avropanın kralından belə çəkinmədi.

    Barselona – İnter (30 aprel və 6 may)

    Bu qarşılaşma 2010-cu il Çempionlar Liqasının yarımfinal mərhələsinin təkrar görüşüdür. Həmin vaxt İnter açıq-aşkar autsayder hesab olunurdu, lakin Joze Mourinyo Nerazzuri-ni böyük uğura ruhlandırdı – evdə 3:1, səfərdə 0:1. Daha sonra Milan klubu finalda Bavariyanı məğlub etdi və o vaxtdan bəri İtaliya komandaları ÇL-da titul qazana bilməyib.

    Mövcud turnirin 1/4 final mərhələsində İnter məhz Münhen təmsilçisi Bavariyanı keçdi – baxmayaraq ki, bu dueldə favorit hesab olunmurdu. Nerazzuri-nin etibarlı müdafiəsindən çox danışılır, lakin Çempionlar Liqasındakı son üç oyunda komanda 4 qol buraxıb.İnter Bavariyanı möhkəm müdafiə sayəsində deyil, rəqib qapısı qarşısında daha effektiv olduğu üçün keçdi – iki oyunun nəticəsinə görə 4:3.İtaliya çempionu üçün sevindirici məqam isə budur ki, yaz aylarında Lautaro Martinez əla forma yığıb – mövsümün əvvəlində hücumda demək olar ki, təkbaşına Markus Tyuram mübarizə aparırdı.

    Simone İnzaqinin Barselona üzərində qələbə təcrübəsi var. 2022/2023 mövsümünün qrup mərhələsində İnter kataloniyalılara üstün gəldi (1:0, 3:3) və daha sonra turnirin finalına qədər irəlilədi.Həmin vaxt Barselonaya rəhbərlik edən Xavi Avropa arenasında dəfələrlə uğursuzluğa düçar olmuşdu və bu baxımdan artıq bu kuboku Bavariya ilə qazanmış Hansi Flikdən geri qalır.Lakin istənilən halda İnter – 1xBet-in rəsmi tərəfdaşı olan Barselona üçün narahat rəqib olaraq qalır.

    2025-ci ildə Dortmund səfərinə qədər Barselona heç bir oyunda məğlub olmamışdı. Lakin 1/4 final mərhələsinin cavab görüşündə Blaugranas çox rahat oynadı və evdə qazandıqları 4:0 hesablı qələbədən sonra yarımfinal vəsiqəsini sual altına qoydular.

    Barselona gücünü qorumaq məqsədilə iqtisadi rejimdə oynamağa üstünlük verdi – bu amil Çempionlar Liqasının ən yaşlı komandası olan İnter üçün də aktualdır. Kataloniyalıların müdafiədə rotasiya imkanları olduqca məhduddur, buna görə də klub daxilində Aleks Baldenin Nerazzuri ilə duelə qədər sağalacağına böyük ümidlər var.Bundan əlavə, Flikin qol maşınını çətin təqvim gözləyir: yarımfinaldan əvvəl Real Madridə qarşı İspaniya Kubokunun finalı, ardınca isə «Cuzeppe Meatsa» səfərindən sonra La Liqada daha bir El Klasiko.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni