“Atalanta” Çempionlar Liqasına vəsiqə qazandı – 2025/26 mövsümünün 16-cı iştirakçısı bəlli oldu

İtaliya A Seriyasının 36-cı turunda “Atalanta” doğma meydanda “Roma”nı 2:1 hesabı ilə məğlub edib. Bu nəticə sayəsində Berqamo təmsilçisi UEFA Çempionlar Liqasının 2025/26 mövsümünə vəsiqə qazanan 16-cı komanda olub. Qeyd edək ki, bu, “Atalanta”nın tarixində 5-ci dəfə turnirdə iştirakı olacaq.

Rəqəmlərlə “Atalanta”nın ÇL tarixi

“Qara-göylər” indiyə qədər Çempionlar Liqasında 33 oyun keçirib:

  • 12 qələbə
  • 12 məğlubiyyət
  • 9 heç-heçə

2025/26 mövsümündə ÇL-ə vəsiqə qazanan komandalar

Aşağıda yeni mövsüm üçün artıq vəsiqə qazanan 16 klubun siyahısı yer alır:

İngiltərə:

  • “Liverpul”

İspaniya:

  • “Barselona”
  • “Real Madrid”
  • “Atletiko Madrid”

İtaliya:

  • “Napoli”
  • “İnter”
  • “Atalanta”

Almaniya:

  • “Bavariya”
  • “Bayer Leverkuzen”

Fransa:

  • “PSJ”
  • “Marsel”
  • “Monako”

Niderland:

  • “Ayaks”
  • “PSV”

Çexiya:

  • “Slaviya”

Yunanıstan:

  • “Olimpiakos”

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni