More

    AVF hakimlər üçün seminar təşkil edib

    Azərbaycan Voleybol Federasiyası (AVF) 2024-2025-ci illər mövsümündə keçiriləcək yerli yarışlarda iştirak edəcək hakimlər üçün xüsusi seminar keçirib.

    Sport-az.com-ın məlumatına görə, seminar GİN-in Voleybol Mərkəzində baş tutub və paytaxtla yanaşı bölgələrdən də ümumilikdə 40-a yaxın hakim iştirak edib.

    Seminarı AVF-nin Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədrin müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev idarə ediblər. Tədbirdə mütəxəssislər yeni mövsümün yarışları, voleybolda tətbiq edilən yeniliklər və çelenc sistemi haqqında ətraflı məlumat veriblər. Hakimlər seminar zamanı maraqlandıran suallarını ünvanlayıblar və peşəkar cavablar alıblar.

    Seminarın sonunda hakimlər test imtahanı verdilər. AVF Hakimlər Komissiyası yarışlar zamanı hakim təyinatlarını bu testin nəticələrinə əsasən müəyyənləşdirəcək. Qeyd edək ki, ölkəmizdə baş tutan bütün yarışlara hakim təyinatları AVF-nin Hakimlər Komissiyası tərəfindən həyata keçirilir.

    Bildirək ki, AVF hər il hakimlərin bilik və təcrübələrini artırmaq məqsədilə belə seminarlar təşkil edir və yaxın zamanlarda növbəti seminarların keçirilməsi planlaşdırılır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni