Avrokuboklarda ən məhsuldar şahmatçılardan biri – Məmmədyarov

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın Vranyaçka-Ban şəhərində keçirilən Avropa Klublar Kubokunda ən məhsuldar oyunçulardan biri kimi çıxış edir.

Sport-az.com xəbər verir ki, Məmmədyarov Türkiyənin “Baegan Pendik Sport” klubunun heyətində çıxış edir və dördüncü lövhədə 3,5 xal toplayıb. O, üç qələbə qazanıb və bir dəfə heç-heçə edib. Öz lövhəsində o, İsrailin “Kfar Saba” klubunun oyunçusu Ariel Ehrenberqdən sonra ikinci yerdə qərarlaşıb.

Teymur Rəcəbov və Nicat Abasovun da yer aldığı “Baegan Pendik Sport” komandası isə ümumi sıralamada 6 xalla 11-ci pillədədir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni