More

    Avropa Çempionatında Azərbaycan şahmatçısından Ermənistan təmsilçisinə qarşı qələbə

    Yunanıstanın Rodos adasında keçirilən qadınlar arasında Avropa şahmat çempionatının növbəti turunda azərbaycanlı şahmatçı Lala Hüseynova ermənistanlı rəqibini məğlub edib.

    Sport-az xəbər verir ki, 9-cu turda Hüseynova ağ fiqurlarla oynayaraq Qabriella Arutyunyan üzərində inamlı qələbə qazanıb. Hazırda onun aktivində 4 xal var və turnir cədvəlində 92-ci yerdə qərarlaşıb.

    Liderlər sırasında olan Gülnar Məmmədova isə bu turda ilk məğlubiyyətini alıb. O, fransalı Deymante Daulite-Korettaya uduzaraq 5.5 xalla 24-cü pilləyə enib.

    Azərbaycan təmsilçilərindən Güvhar Beydullayeva (23-cü yer), Türkan Məmmədyarova (38-ci yer) və Nərmin Abdinova (33-cü yer) da 5.5 xal toplamış vəziyyətdədirlər.

    9 turun yekununa əsasən, yarışın yeganə lideri 8 xalla serbiyalı Teodora İnjakdır. O, ən yaxın izləyicilərini yarım xal qabaqlayır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni