Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində İslandiyanın “Haukar” klubu ilə qarşılaşacaq.
Sport-az.com xəbər verir ki, təmsilçimiz ilk oyunu səfərdə oynayacaq. Raundun ilk qarşılaşmaları 23-24 noyabrda, cavab oyunları isə 30 noyabr – 1 dekabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, Mingəçevirin “Kür” klubu II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasını məğlub edib – 32:29 və 35:31 hesabları ilə.



