Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Turnirin 1/8 final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan komandalar üçün bu oyunlar həlledici əhəmiyyət daşıyır.
Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə İngiltərənin “Nottingem Forest” klubu ilə üz-üzə gələcək. İstanbulda keçirilən ilk matçda “sarı-lacivərdlilər” 0:3 hesabı ilə məğlub olduqları üçün cavab görüşündə çətin tapşırıqla qarşı-qarşıyadırlar. Komandanın mərhələ adlaması üçün ən azı üç top fərqi ilə qələbə qazanması lazımdır.
UEFA Avropa Liqası, Pley-off mərhələsi, cavab görüşləri, 26 fevral:
21:45 – “Srvena Zvezda” (Serbiya) – “Lill” (Fransa)
(İlk oyun – 1:0)
21:45 – “Ştutqart” (Almaniya) – “Seltik” (Şotlandiya)
(İlk oyun – 4:1)
21:45 – “Ferentsvaroş” (Macarıstan) – “Lüdoqorets” (Bolqarıstan)
(İlk oyun – 1:2)
21:45 – “Viktoriya Plzen” (Çexiya) – “Panatinaikos” (Yunanıstan)
(İlk oyun – 2:2)
23:59 – “Selta” (İspaniya) – PAOK (Yunanıstan)
(İlk oyun – 2:1)
23:59 – “Nottingem Forest” (İngiltərə) – “Fənərbağça” (Türkiyə)
(İlk oyun – 3:0)
23:59 – “Bolonya” (İtaliya) – “Brann” (Norveç)
(İlk oyun – 1:0)
23:59 – “Genk” (Belçika) – “Dinamo Zaqreb” (Xorvatiya)
(İlk oyun – 3:1)
İlk qarşılaşmaların nəticələri bəzi cütlüklərdə favoritləri önə çıxarsa da, bir sıra oyunlarda intriqa qorunub saxlanılır. Xüsusilə “Viktoriya Plzen” – “Panatinaikos” duelində ilk matçın 2:2 hesabı ilə başa çatması cavab oyununa əlavə gərginlik qatır.
Bu gecə baş tutacaq görüşlərdən sonra Avropa Liqasında növbəti mərhələnin bütün iştirakçıları müəyyənləşəcək.



