Avropa Liqasında həlledici gün: 1/8 final mərhələsinə bu gün yekun vurulur

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin taleyinə bu gün keçiriləcək cavab oyunları ilə aydınlıq gələcək. Turnirin bu mərhələsində son 7 qarşılaşma baş tutacaq və 1/4 finala yüksələcək komandaların tam siyahısı müəyyənləşəcək.

Ötən həftə keçirilən ilk oyunların nəticələri bu günkü matçlar üçün ciddi intriqa yaradıb. Bir çox cütlükdə minimal hesablı üstünlüklər qeydə alındığından, komandalar hələ də növbəti mərhələ uğrunda real şansa malikdir. Xüsusilə “Portu”, “Aston Villa”, “Midtyullann” və “Genk” ilk görüşlərdə əldə etdikləri üstünlükləri qorumağa çalışacaq.

Eyni zamanda, ilk oyunda istədiyi nəticəni əldə edə bilməyən komandalar da doğma meydanda vəziyyəti dəyişmək niyyətindədir. “Olimpik Lion”, “Roma” və “Frayburq” azarkeş dəstəyi ilə rəqiblərini məğlub edərək mərhələ adlamağı hədəfləyir.

İlk vəsiqə artıq sahibini tapıb

Qeyd edək ki, 1/4 finala yüksələn ilk komanda artıq müəyyənləşib. “Braqa” Macarıstanın “Ferentsvaroş” klubunu 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin edib. Bu nəticə portuqaliyalıların turnirdə ciddi iddiaçı olduğunu bir daha göstərib.

Turnirin 1/4 final mərhələsinin oyunları isə aprelin 9 və 16-da keçiriləcək.

Bu günün oyun proqramı:

  • 21:45 – “Midtyullann” – “Nottingem Forest”
    (ilk oyun – 1:0)
  • 21:45 – “Frayburq” – “Genk”
    (ilk oyun – 0:1)
  • 21:45 – “Olimpik Lion” – “Selta”
    (ilk oyun – 1:1)
  • 00:00 – “Roma” – “Bolonya”
    (ilk oyun – 1:1)
  • 00:00 – “Aston Villa” – “Lill”
    (ilk oyun – 1:0)
  • 00:00 – “Portu” – “Ştutqart”
    (ilk oyun – 2:1)
  • 00:00 – “Betis” – “Panatinaikos”
    (ilk oyun – 1:0)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni