Bu axşam UEFA Avropa Liqasında Liqa mərhələsinin birinci turuna maraqlı qarşılaşmalarla yekun vurulacaq. Turnirin ikinci oyun gündəmi futbolseverlərə həm gərgin, həm də unudulmaz anlar vəd edir.
Günün proqramında ümumilikdə 9 oyun yer alıb. Axşam seansının açılışı “Qou Ehed İqls” (Niderland) və “FCSB” (Rumıniya), eləcə də “Lill” (Fransa) ilə “Brann” (Norveç) arasında keçiriləcək iki matçla olacaq. Ardınca saat 23:00-da digər yeddi qarşılaşmanın start fiti səslənəcək.
Futbol azarkeşlərinin həyəcanla gözlədiyi oyunlar arasında ötən mövsüm Çempionlar Liqasında çıxış edən “Aston Villa” (İngiltərə) ilə “Bolonya”nın (İtaliya) dueli xüsusi maraq doğurur. İtaliya təmsilçisi uğurlu liqa startından sonra İngiltərədə də uğura ümid edir. Digər qarşılaşmalarda isə “Utrext” – “Olimpik Lion” (Fransa), “Ştutqart” – “Selta” (İspaniya), “Reyncers” – “Genk” (Belçika), “Zalsburq” (Avstriya) – “Portu” (Portuqaliya), “Ferentsvaroş” (Macarıstan) – “Viktoriya Plzen” (Çexiya) və “Yanq Boyz” (İsveçrə) – “Panatinaikos” (Yunanıstan) matçları izləniləcək.
Günün matçlarının tam siyahısı belədir:
- 20:45: Qou Ehed İqls (Niderland) – FCSB (Rumıniya)
- 20:45: Lill (Fransa) – Brann (Norveç)
- 23:00: Ştutqart (Almaniya) – Selta (İspaniya)
- 23:00: Utrext (Niderland) – Olimpik Lion (Fransa)
- 23:00: Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)
- 23:00: Reyncers (Şotlandiya) – Genk (Belçika)
- 23:00: Zalsburq (Avstriya) – Portu (Portuqaliya)
- 23:00: Ferentsvaroş (Macarıstan) – Viktoriya Plzen (Çexiya)
- 23:00: Yanq Boyz (İsveçrə) – Panatinaikos (Yunanıstan)
Qeyd edək ki, Avropa Liqasında artıq ilk turun digər oyunları dünən baş tutmuşdu və nəticələr: “Midtilland” – “Şturm Qrats” 2:0, “PAOK” – “Makkabi Tel-Aviv” 0:0, “Dinamo” – “Fenerbahçe” 3:1, “Srvena Zvezda” – “Seltik” 1:1, “Freyburq” – “Bazel” 2:1, “Malmo” – “Ludoqorets” 1:2, “Nis” – “Roma” 1:2, “Betis” – “Nottingem Forest” 2:2, “Braqa” – “Feyenord” 1:0