Batumi şəhərində keçirilən şahmat üzrə Avropa komanda çempionatının beşinci turunda Azərbaycan millisinin həm kişi, həm də qadın komandası Yunanıstanla heç-heçə oynayıb. Kişi yığması bu qarşılaşmada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlı ilə meydana çıxıb və bütün partiyalar sülhlə nəticələnib – yekun hesab 2:2-dir.
Komanda bundan əvvəl Slovakiya (3:1), Çexiya (2:2), Polşa (2,5:1,5) və Niderland (2:2) ilə qarşılaşıb. Hazırda millimizin aktivində 7 xal var və turnir cədvəlində 7-ci pillədə yer alır.
Qadın komandası da Yunanıstanla matçda balansı qoruyub (2:2). Komandada Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Gülnar Məmmədova qalib gəlib, Ülviyyə və Gövhər heç-heçə oynayıb, Ayan isə məğlub olub.
Qadınlar Sloveniya (4:0), Macarıstan (2,5:1,5), Fransa (2:2) və Almaniya (1,5:2,5) ilə də mübarizə aparıblar. Hazırda komandanın aktivində 6 xal var və turnir cədvəlində 8-ci yeri tutur.
Avropa çempionatı İsveçrə sistemi üzrə 9 turda keçirilir və yarış 14 oktyabrda başa çatacaq.



