More

    Ayxan Abbasovun məşqçi heyətində dəyişiklik baş verdi

    “Şamaxı”da yeni təyinat həyata keçirilib.

    sport-az.com-ın əldə etdiyi məlumata görə, keçən mövsüm qışa qədər “İmişli”də qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərən, sonra “Qarabağ” Futbol Akademiyasında işini davam etdirən Əyyub Əliyev bölgə klubuna qoşulub.

    O, Kamil Qafarovla birlikdə qapıçılar məşqçisi vəzifəsini icra edəcək. Qeyd edək ki, Qafarov həm də U-21 komandasında qapıçılar üzrə məşqçidir.

    Əlavə olaraq, ölkənin bir çox klublarında çıxış edən, hətta legionerlik həyatı keçirən 30 yaşlı Əyyub “Şəfa” klubunun akademiya koordinatoru Nadir Əliyevin oğludur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni