Azərbaycan Avarçəkənləri III MDB Oyunlarını Dörd Medal ilə Başa Vurdular

Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində avarçəkmə yarışları sona çatıb. Azərbaycan komandası bu yarışlarda 3 bürünc 1 gümüş medal qazanaraq uğurlu nəticə nümayiş etdirib.

Amil Ramazanov iki bürünc medala layiq görülüb. O, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200500 metr məsafələrdə üçüncü olub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən yarışda İvan Vorobjanski-Hüseyn Həsənov cütlüyü finalda finiş xəttini üçüncü keçib. Həmçinin, Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü yarışçılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafədə gümüş medala sahib olub.

Azərbaycan avarçəkənləri bu nəticələrlə III MDB Oyunlarında ölkəmizin gücünü bir daha təsdiq ediblər və gələcəkdə daha yüksək nailiyyətlər üçün böyük potensialın mövcud olduğunu nümayiş etdiriblər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni