Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatına uğursuz start verib. Sport-Az xəbər verir ki, baş məşqçi Morteza Validarvinin rəhbərlik etdiyi kollektiv I qrupda İngiltərə yığması ilə qarşılaşıb. Görüş 2:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Digər matçda Danimarka millisi İspaniyanı 5:0 hesabı ilə məğlub edib.
Bugünkü qarşılaşmalar:
- Fransa – Almaniya
- Niderland – Çexiya
Azərbaycan millisinin növbəti oyunları:
- 13 fevral – İspaniya ilə qarşılaşma
- 14 fevral – Danimarka ilə görüş