More

    Azərbaycan badmintonçuları ilk dəfə dünya reytinqinin top-100-lüyündə

    Beynəlxalq Badminton Federasiyası (BWF) dünyanın ən yaxşı gənc badmintonçularının reytinqini açıqlayıb.

    Sport-Az xəbər verir ki, Azərbaycan badmintonçuları Ülvi Hüseynov və Həcar Nuriyeva ilk dəfə dünya reytinqində ilk 100-lüyə daxil olublar.

    • Ülvi Hüseynov beynəlxalq turnirlərdə uğurlu çıxışları ilə 63-cü pilləyə yüksəlib. İran və Türkiyədə keçirilən yarışlarda medal qazanan badmintonçunun ümumi reytinq xalları 4 050-yə çatıb.
    • Həcar Nuriyeva 2023-2024-cü illərdə Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada təşkil olunan yarışlarda mükafat qazanaraq 21 pillə irəliləyib və 47-ci yerə yüksəlib. O, bu il İranda keçirilən turnirdə Leyla Camalzadə ilə cütlük yarışında qızıl medal əldə edərək ümumi xalını 5 800-ə yüksəldib.

    Ülvi Hüseynov 2023-cü ildən Malayziya Badminton Akademiyasında təhsil alır və bu ölkənin müxtəlif yaş qruplarındakı milli komandaları ilə birgə təlim-məşq toplanışlarında iştirak edir.

    Azərbaycan Badminton Federasiyası 2025-2028-ci illər üçün strategiyasında yerli idmançıların dünyanın ən yaxşı 100 badmintonçusu sırasında yer almasını əsas hədəflərdən biri kimi müəyyən edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni