More

    Azərbaycan badmintonçuları Uqandadakı beynəlxalq turnirdə bürünc medal qazandı

    Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampalada keçirilən “International” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıblar.

    Sport-az.com-in məlumatına görə, “Uganda International Series 2024” turnirində iştirak edən Era Maftuha qadınların şəxsi yarışında uğurla çıxış edərək yarımfinala qədər irəliləyib və nəticədə üçüncü yeri tutub. O, Uqanda, BƏƏ və Maldivi təmsil edən rəqiblərini məğlub edərək bürünc medal qazanıb. Maftuha finala bir addım qalmış Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin nəticəsində məğlub olub.

    Kişi badmintonçuların qoşa yarışında isə Aqil Qəbilov və Diki Panqestu cütlüyü Malta, Şotlandiya və İtaliya təmsilçilərinə qarşı qalib gələrək yarımfinala yüksəlib. Bu nəticə ilə bürünc medalı təmin edən cütlük, yarımfinalda hindistanlı rəqiblərinə hər iki setdə uduzaraq yarışa üçüncü yerdə yekun vurub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni