Azərbaycan Basketbol Liqasının IV turu çərçivəsində B qrupunda iki oyun baş tutacaq. Günün ilk matçı saat 15:00-da Quba şəhərində reallaşacaq; “Quba” komandası öz meydanında “Lənkəran”ı qəbul edəcək.
Axşam saat 19:00-da isə “Sumqayıt” komandası səfərdə “Ordu” ilə üz-üzə gələcək. Turnir cədvəlinə nəzər salsaq, “Ordu” altı xalla B qrupunda lider mövqeyindədir. “Quba” isə beş xalla üçüncü pillədə, “Lənkəran” dörd xalla dördüncü, “Sumqayıt” isə üç xalla altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən gün A qrupunda keçirilən IV tur matçında “Sabah” komandası “Gəncə”ni 87:68 hesabı ilə məğlub edib.



