More

    Azərbaycan Basketbol Liqasında 8-ci tur maraqlı matçlarla başlayır

    Azərbaycan Basketbol Liqasının (ABL) 8-ci turi bu gün iki oyunla start verəcək. Üç gün davam edəcək turun açılışında B qrupunun lideri “Ordu” “Sərhədçi”nin qonağı olacaq. 7 matçdan tam nəticə ilə ayrılan “hərbçilər” ev sahibləri tərəfindən büdrətməyə çalışılacaq.

    Günün ikinci görüşündə “Neftçi” “Gəncə” ilə qarşılaşacaq. “Ağ-qaralar” üst mərhələdəki rəqib üzərində üstünlük qazanaraq üçüncü pilləyə çıxmaq hədəfləyir. Hər iki matç “Sərhədçi” İdman Mərkəzində saat 17:00 və 20:00-da baş tutacaq.

    Turun qalan cədvəli:

    • 4 dekabr: 17:00 Abşeron Lions – NTD, 20:00 Naxçıvan – Lənkəran (“Sərhədçi” İdman Mərkəzi)
    • 5 dekabr: 15:00 Quba – Sumqayıt (Quba Olimpiya Kompleksi), 17:00 Şəki – Sabah (Şəki Olimpiya Kompleksi)

    A qrupu

    #KomandaOyunlarQalibiyyətlərMəğlubiyyətlərFərqiXallar
    1Sabah770+16214
    2Abşeron Lions761+6413
    3Şəki624-588
    4Gəncə624-368
    5Neftçi523+297
    6NTD707-1617

    B qrupu

    #KomandaOyunlarQalibiyyətlərMəğlubiyyətlərFərqiXallar
    1Ordu770+13914
    2Naxçıvan752+2112
    3Lənkəran734-1110
    4Sərhədçi725-329
    5Quba725-389
    6Sumqayıt725-799

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni