Bu gün Azərbaycan Basketbol Liqasının beşinci turu başlayır və turun ilk oyun günündə Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda bir qarşılaşma keçiriləcək. Cənub şəhərinin eyniadlı komandası B qrupunun lideri “Ordu”nu qəbul edəcək. Matç saat 15:00-da start götürəcək.
Bundan əlavə, beşinci tur çərçivəsində cümə və şənbə günləri iki, bazar günü isə bir oyun baş tutacaq. Qarşıda duran qarşılaşmalar və qaliblər idmansevərlər tərəfindən maraqla gözlənilir.
Azərbaycan Basketbol Liqasının V turun oyun cədvəli belədir:
- 30 oktyabr, 15:00: Lənkəran – Ordu (Lənkəran Olimpiya İdman Kompleksi)
- 31 oktyabr, 19:00: Sumqayıt – Sərhədçi (Sumqayıt Olimpiya İdman Kompleksi)
- 31 oktyabr, 19:00: Gəncə – Şəki (Gəncə Olimpiya İdman Kompleksi)
- 1 noyabr, 14:00: Naxçıvan – Quba (Bakı İdman Sarayı)
- 1 noyabr, 18:00: NTD – Neftçi (Bakı İdman Sarayı)
- 2 noyabr, 18:00: Abşeron Lions – Sabah (Bakı İdman Sarayı)
A qrupundakı mövqelər:
- Sabah (4 oyun, 4 qələbə, +117 fərq, 8 xal)
- Abşeron Lions (4 oyun, 4 qələbə, +36 fərq, 8 xal)
- Şəki (4 oyun, 1 qələbə, -47 fərq, 5 xal)
- Neftçi (3 oyun, 1 qələbə, +8 fərq, 4 xal)
- Gəncə (3 oyun, 1 qələbə, -16 fərq, 4 xal)
- NTD (4 oyun, 0 qələbə, -98 fərq, 4 xal)
B qrupunda isə:
- Ordu (4 oyun, 4 qələbə, +85 fərq, 8 xal)
- Naxçıvan (4 oyun, 3 qələbə, +20 fərq, 7 xal)
- Lənkəran (4 oyun, 2 qələbə, +3 fərq, 6 xal)
- Quba (4 oyun, 2 qələbə, -11 fərq, 6 xal)
- Sərhədçi (4 oyun, 1 qələbə, -27 fərq, 5 xal)
- Sumqayıt (4 oyun, 0 qələbə, -70 fərq, 4 xal)



