Bu gün Azərbaycan Basketbol Liqasının V turunun növbəti oyunları baş tutacaq. Ikinci oyun günündə 19:00-da A qrupunda “Gəncə” evdə “Şəki”ni qəbul edəcək. “Gəncə” 4 xalla qrupda 5-ci, “Şəki” isə 5 xalla 3-cü pillədədir.
B qrupunda isə “Sərhədçi” səfərdə “Sumqayıt” komandası ilə üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi 4 xalla 6-cı, Bakı klubu isə 5 xalla 5-ci yerdədir.
Qeyd edək ki, turnirin V turu noyabrın 2-də sona çatacaq. Ötən gün isə “Ordu” səfərdə “Lənkəran”ı 91:76 hesabı ilə məğlub etmişdi.