More

    Azərbaycan Basketbol Liqasının 2025/26 mövsümündə açılış turu davam edir

    Xəbər verir ki, oktyabrın 2-də liqanın açılış turunda iki maraqlı qarşılaşma baş tutacaq. Günün ilk oyununda saat 15:00-da “Lənkəran” komandası öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Günün ikinci matçı isə saat 19:00-da Bakıda, İdman Sarayında “Sərhədçi” və “Quba” komandaları arasında oynanacaq.

    Həmçinin, turun başqa oyunu oktyabrın 4-də olacaq. Saat 19:00-da “Ordu” və “Naxçıvan” komandaları üz-üzə gələcəklər.

    Cari mövsümün açılış turunda artıq üç qarşılaşma reallaşıb. “Sabah” komandası “Neftçi”ni 86:75, “Abşeron Lions” isə “Şəki”ni 91:80 hesabı ilə məğlub edib. NTD isə “Gəncə”yə 85:90 uduzub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni