Azərbaycan boksçusu “bürünc”ü təmin etdi

Azərbaycan boksçusu Marjona Savriyeva (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Sport-az.com xəbər verir ki, Boks Federasiyasının məlumatına görə, 1/4 final mərhələsində Savriyeva şotlandiyalı Nili Brukla qarşılaşıb. Rəqib zədə aldığından həkimlər döyüşü davam etdirməyə icazə verməyiblər və Savriyeva qalib elan olunub.

Qeyd edək ki, Marjona Savriyeva yarımfinalda oktyabrın 17-də Polşalı Dominika Kuçzevska ilə mübarizə aparacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni