More

    Azərbaycan bombardiri: “İslandiya və Ukrayna ilə başabaş mübarizə aparmaq mümkündür”

    Azərbaycan milli komandası DÇ-2026 seçmə mərhələsində İslandiya və Ukrayna yığmaları ilə rəqabət apara bilər.

    Bunu Azərbaycan çempionatlarının 183 qolla bombardiri Nazim Əliyev şərh edib. Sabiq hücumçu millinin qarşıdakı qarşılaşmalarını dəyərləndirərək vurğulayıb: “Ukrayna normal vəziyyətdə deyil. Bu rəqiblə başabaş oynaya bilərik. Həmçinin İslandiya yığması ilə də. Hər şey futbolçuların oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırlığından asılıdır. Futbolçularla psixoloqlar işləməlidir. Bu, Sovet dönəmində də olub. Futbolda güclü olmaqla deyil, psixoloji hazırlıq da vacibdir. Əvvəllər qrupda daha çox xallar yığırdıq. Bu il də belə olmalıdır. Düzdür, qrupdan çıxmaq çətindir. Amma futbolçular özlərinə inanmalıdırlar”.

    O, Azərbaycan futbolunun inkişafını qeyd edib: “Yığmaya namizəd oyunçuların azlığı, məhdud seçim çətinlik yaradır. Amma fikrimcə, futbolumuz inkişaf edib. Klublarımız yaxşı oynayır, mərhələ adlayırlar. “Qarabağ” çox gözəl nəticəyə imza atdı. Məncə, bu komandadakı azərbaycanlı futbolçuların hər birini milliyə dəvət etmək lazımdır”. AFFA tərəfindən açıqlanan heyətdə “Qarabağ”dan bir neçə oyunçu yer alıb, lakin Mahir Emreli zədə səbəbindən iştirak etməyəcək.

    Qeyd edək ki, milli komanda DÇ-2026 seçmə mərhələsində sentyabrın 5-də Reykyavikdə İslandiya, 9-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna ilə qarşılaşacaq. Komanda artıq İslandiyaya yola düşüb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni