More

    Azərbaycan çempionatında sürprizlər: yarımfinal mərhələsi formalaşdı

    Şahmat üzrə Azərbaycan çempionatında tay-brek qarşılaşmaları gözlənilməz nəticələrlə yadda qalıb və yarımfinala yüksələn iştirakçılar müəyyənləşib. Əlavə görüşlər bir neçə favorit üçün uğursuz olub.

    Ötən ilin ölkə çempionu Rauf Məmmədov gənc şahmatçı Read Səmədova məğlub olaraq turnirlə vidalaşıb. Digər qarşılaşmada Məhəmməd Muradlı iddialı şahmatçılardan sayılan Eltac Səfərliyə qalib gələrək növbəti mərhələyə yüksəlib. Nicat Abasov isə Aydın Süleymanlıya uduzaraq mübarizəni dayandırıb. Digər cütlüklərin nəticələri ilə birlikdə kişilərin yarışında yarımfinal mərhələsi tam formalaşıb.

    Qadınların çempionatında da tay-brek oyunları həlledici olub. Türkan Məmmədyarova əlavə görüşlərdə Nərmin Abdinovanı üstələyib. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Beləliklə, qadınların yarışında da dörd yarımfinalçı müəyyənləşib.

    Yarımfinal qarşılaşmaları sabah start götürəcək. Turnirin bu mərhələsində artıq hər partiya çempionluq uğrunda həlledici əhəmiyyət daşıyacaq və sürpriz nəticələrin davam edib-etməyəcəyi böyük maraq doğurur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni