More

    Azərbaycan çimərlik futbolu millisi Türkiyədə sınaq matçlarında uğurlu çıxış edib

    Azərbaycan çimərlik futbolu yığması Türkiyədə təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama qarşılaşması keçirib.

    Komandanın baş məşqçisi Sahib Məmmədovun bildirdiyinə görə, Alanyada keçirilən toplanış zamanı yerli çimərlik futbolu komandası ilə görüşlərdə 3 qələbə qazanıblar, 1-də isə uduzublar. O, toplanışı müsbət qiymətləndirib: “Türkiyədə təlim-məşq toplanışında olduq. Alanyanın çimərlik futbolu üzrə komandası ilə 4 yoxlama matçı keçirdik. Bunların 3-də qələbə qazandıq 1-də isə məğlub olduq. Toplanış yaxşı keçdi, şükür ki, zədəli futbolçu yoxdur”.

    Mütəxəssis Azərbaycan millisinin Avropa çempionatının B Liqasında favorit statusunu vurğulayıb: “İlk oyunumuz sabah Belçikaya qarşı olacaq. İndi İtaliyadayıq, matça hazırlaşırıq. Rəqibləri təhlil etmişik. Təbii ki, kağız üzərində favorit sayılırıq. Amma meydana çıxıb oynamaq lazımdır. Oynamasan, heç nə kömək edə bilməz”. Məmmədov əlavə edib ki, əsas məqsəd B Liqasından A Liqasına yüksəlməkdir.

    Qeyd edək ki, milli komanda İtaliyanın Viareccio şəhərində sentyabrın 8-də başlayan və 15-də başa çatacaq Avropa çempionatının (Euro Beach Soccer League) final mərhələsində mübarizə aparır. B Liqasının A qrupunda yer alan yığma Bakı vaxtı ilə sentyabrın 11-də saat 16:00-da Belçika, daha sonra isə Litva ilə qarşılaşacaq. B Liqası iki qrupda təşkil olunub, hər qrupda 3 komanda var. Qruplarda ilk iki yeri tutanlar sentyabrın 13-də yarımfinalda üz-üzə gələcək, 14-də isə final və bürünc medal uğrunda matçlar keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni