Azərbaycanda çimərlik voleybolu üzrə ölkə çempionatı öz işinə start verib. Sport-az.com saytının məlumatına görə, turnirdə 12 qadın və 11 kişi cütlüyü mübarizə aparır. Çempionatın ilk günündə ümumilikdə 8 qarşılaşma baş tutub.
Bu matçlardan yalnız biri 3 setə uzanıb, qalan oyunlar isə 2:0 hesabı ilə yekunlaşıb.
21 İyul Nəticələri
Qadınlar:
- “Milli Aviasiya Akademiyası-2” – “Gəncə-2” – 0:2 (16:21, 19:21)
- “Milli-2” – “Milli-3” – 2:0 (21:14, 21:12)
- “Milli Aviasiya Akademiyası-1” – “Xarı Bülbül-1” – 2:0 (21:16, 21:08)
- “Xarı Bülbül-2” – “Azərreyl-3” – 0:2 (14:21, 02:21)
Kişilər:
- “Murov Az Terminal-4” – “Xilasedici-1” – 1:2 (18:21, 21:14, 08:15)
- “Xarı Bülbül-2” – “Azərreyl-2” – 0:2 (8:21, 11:21)
- “Azərreyl-3” – “Murov Az Terminal-3” – 2:0 (21:12, 21:11)
- “Azərreyl-1” – “Xilasedici-1” – 2:0 (21:09, 21:16)
Qeyd olunub ki, yarış Bakı Su İdmanı Sarayında keçirilir və iyulun 25-də başa çatacaq.



