Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, Azərbaycanın çövkən milli komandası III MDB Oyunlarına tam hazırdır. Yığmanın üzvü Vahid Məmmədov jurnalistlərə verdiyi açıqlamada daim öz üzərlərində işlədiklərini və komandalarının ciddi hazırlıq keçdiyini bildirib.
Məmmədov deyib: “Küveytlə oyunun asan olmayacağını əvvəlcədən bilirdik və nəticə gözləntilərimizi doğrultdu. Biz həm fiziki hazırlıq, həm də atlarla işə xüsusi diqqət yetirmişik. Bu səbəbdən qələbə qazandıq”.
Həmçinin, o çempionluq ümidi ilə bağlı fikirlərini də paylaşıb: “İndiyə qədər komanda olaraq uğurlu performans sərgiləyirik. Həm özümüzə, həm də atların gücünə tam inamımız var. İnşallah, çempionluğu qazanacağıq”.
Qeyd edək ki, Azərbaycan millisinin daxil olduğu A qrupunda Küveytə 5:0 hesabı ilə qalib gəlməklə yarımfinala yüksəliş əldə olunub. Çövkən üzrə yarış oktyabrın 7-də sona çatacaq.



