More

    Azərbaycan dünya birinciliyinə 13 boksçu ilə qatılacaq – Heyət açıqlanıb

    Oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək.

    Sport-az.com-in məlumatına görə, Azərbaycan milli komandası bu mötəbər yarışda 13 idmançı ilə təmsil olunacaq.

    Məşqçilər korpusu Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) yarışda şans verəcək.

    Dünya birinciliyində beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev ədaləti qoruyacaq. Azərbaycan nümayəndə heyətinə isə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

    Qeyd edək ki, bu nüfuzlu yarışda 84 ölkədən təxminən 800 boksçu mübarizə aparacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni