Azərbaycan FIBA referiləri Avropa çempionatlarında iştirak edəcək

Azərbaycanı beynəlxalq basketbol arenalarında təmsil edən FIBA reytinqli dörd hakimimiz bu yay Avropada keçiriləcək gənclər və yeniyetmələr arasında Avropa çempionatlarında ədaləti qoruyacaqlar.

Sport-az.com xəbər verir ki, Alekpər Həsənov, Ruslan Xəlilov, Ürfan Bayramlı və Anastasiya Soljenitsına iyul-avqust aylarında bir neçə Avropa ölkəsində keçiriləcək turnirlərə FIBA tərəfindən dəvət olunublar.

Azərbaycanlı hakimlərin təyinatları

  • Alekpər Həsənov
    • Serbiya – U-18 oğlanlar, A Divizionu (26 iyul – 3 avqust)
    • Gürcüstan – U-16 oğlanlar, A Divizionu (8–16 avqust)
  • Ruslan Xəlilov
    • Rumıniya – U-18 oğlanlar, B Divizionu (25 iyul – 3 avqust)
    • Rumıniya – U-16 qızlar, A Divizionu (15–23 avqust)
    • Albaniya – U-16 oğlanlar, C Divizionu (5–13 iyul)
  • Ürfan Bayramlı
    • Rumıniya – U-18 oğlanlar, B Divizionu (25 iyul – 3 avqust)
    • Türkiyə – U-20 qızlar, B Divizionu (20–29 avqust)
    • Şimali Makedoniya – U-16 oğlanlar, B Divizionu (7–16 avqust)
  • Anastasiya Soljenitsına
    • Litva – U-18 qızlar, B Divizionu (4–13 iyul)

Bu təyinatlar Azərbaycan basketbolunun beynəlxalq səviyyədəki nüfuzunun göstəricisidir və referilərimizə etimadın artdığını sübut edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni