Azərbaycan-Fransa matçının keçiriləcəyi stadion rəsmiləşdi

2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə Fransa yığması arasında baş tutacaq qarşılaşmanın məkanı müəyyənləşib.

Sport-az.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vacib oyun noyabrın 16-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Əvvəllər qarşılaşmanın Gəncə şəhərində baş tutacağı ilə bağlı məlumatlar yayılmışdı. Lakin UEFA-nın son açıqlaması matçın paytaxtda baş tutacağını təsdiqləyib.

Azərbaycan millisinin ev oyunları – seçmə mərhələ D qrupu:

  1. Azərbaycan – Ukrayna
    🗓 9 sentyabr 2025
    🕗 20:00
    📍 Tofiq Bəhramov adına Respublika Stadionu
  2. Azərbaycan – İslandiya
    🗓 13 noyabr 2025
    🕘 21:00
    📍 “Neftçi Arena”
  3. Azərbaycan – Fransa
    🗓 16 noyabr 2025
    🕘 21:00
    📍 Tofiq Bəhramov adına Respublika Stadionu

Beləliklə, Azərbaycan millisi seçmə mərhələnin son turunu Fransa kimi nəhəng bir rəqibə qarşı doğma meydanda keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni