Azərbaycan milli futbol komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçirəcəyi ev oyunu Bakıda deyil, Gəncədə baş tutacaq. Bu barədə Sport-az İdmanxeberə istinadla məlumat yayıb.
AFFA-nın qərarına əsasən, 16 noyabr tarixində keçiriləcək görüş Gəncədə yeni inşa edilən stadionda təşkil olunacaq. Hazırda tikintisi davam edən stadionun avqust ayında tam hazır olacağı gözlənilir. Arenanın tutumu isə 16 min tamaşaçı olacaq.
Bu, Azərbaycan milli komandasının Gəncədə keçirəcəyi ilk beynəlxalq rəsmi oyun olacaq. Beləliklə, ölkənin ikinci böyük şəhəri ilk dəfə dünya səviyyəli futbol qarşılaşmasına ev sahibliyi edəcək.
Qeyd edək ki, millimiz seçmə mərhələdəki ilk oyununu səfərdə İslandiyaya qarşı keçirəcək. Turnirin son turunda isə baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Fransa yığması ilə evdə qarşılaşacaq.