More

    Azərbaycan futbolunda ən vacib 5 qış transferi

    Sizin diqqətinizə çempionatımızda qış transfer pəncərəsinin ən önəmli keçidlərinə dair MelBet baxışını təqdim edirik.

    Juninyo (Qarabağ – Flamengo)  

    Braziliyalının vətənə qayıdışı 2025’ci ilin yanvar ayının ən yaddaqalan hadisəsi oldu. Azərbaycan çempionatından futbolçu transferi üçün indiyə qədər heç kim bu qədər pul (5 milyon avro) ödəməmişdi. MelBet ödəniş edirmi? Əlbəttə! Üstəlik, böyük məbləğdə uduş əldə etmək şansını Qarabağ’ın braziliyalını rekord məbləğə satmaq fürsətindən daha tez əldə edəcəksiniz!

    Juninyo bu qədər pula dəyərmi? Braziliyalı həm hücumçu, həm də hücuma meyilli yarımmüdafiəçi kimi ustalıqla oynayır, lakin Transfermarkt onun dəyərini keçid anında cəmi 2 milyon avro olaraq qiymətləndirirdi. Bununla belə, Qarabağ azarkeşləri, Juninyo’nun sehrini meydanda öz gözləri ilə izləyənlər, tamamilə fərqli fikirdədirlər – onlar üçün bu hücumçu demək olar ki, qiymətsiz idi.

    Stas Pokatilov (Tobol – Sabah) 

    Son illərdə Qazaxıstan futbolu milli səviyyədə güclü potensial nümayiş etdirir. Komanda danimarkalılara qalib gəlib, slovenlərlə bərabər səviyyədə oynayıb və Erling Holandı oyunsuz qoyub. Buna görə də, Qazaxıstan millisinin – əsas heyət oyunçusu olmasa belə – qapıçısının keçidi olduqca maraqlı görünür.

    Pokatilov gənc deyil – 2024`cü ilin dekabrında 32 yaşını qeyd edib. Bununla belə, bir çox qapıçılar məhz bu yaşda karyeralarının zirvəsinə çatır. Sabah`ın heyətində artıq etibarlı qolkiper Yusif İmanov var, lakin klub ya 22 yaşlı qapıçını sərfəli şəkildə sata, ya da artan rəqabət sayəsində onun oyun səviyyəsini daha da yüksəldə bilər. Hər iki variant uğur qazana bilər – MelBet Casino`da oyun kimi!

    Elvin Camalov (Sabah – Neftçi)  

    Milli komandanın dayaq yarımmüdafiəçisinin sözlərinə görə, «Neftçilər» keçid hər bir azərbaycanlı futbolçunun arzusudur. Bu fikir klubun ən parlaq dövrlərində şübhəsiz görünürdü, lakin hazırda Neftçi çempionluq uğrunda mübarizədən uzaqdır. Elvinin keçidi gələcəkdə vəziyyəti dəyişə biləcək addımlardan biri ola bilər.

    29 yaş– təcrübənin artıq formalaşdığı, eyni zamanda, hələ də meydanda onu tam istifadə etmək üçün gücün qaldığı dövrdür. 1,5 illik uzatma imkanı ilə müqavilə Camalov üçün məntiqli seçimdir, xüsusilə də o, komanda yoldaşlarını ardınca aparmağa öyrəşmiş bir futbolçudur. Sabah’da kapitan sarğısı ona çox yaraşırdı.

    Trent Buhagiar (Breşia – Kəpəz)

    Roberto Baco, Pep Qvardiola və Andrea Pirlonun oynadığı Breşiya və B Seriyasını Azərbaycan çempionatına dəyişmək – cəsarətli qərardır. Malta millisinin yarımmüdafiəçisi bu addımdan çəkinmədi və Azərbaycan futbolunun ən maraqlı simalarından birinə çevrildi.

    Malta millisinin heyətinə yalnız 2024`cü ildə qoşulub. Ondan əvvəl isə 10 il doğma Avstraliya çempionatında çıxış edib və ölkəsinin gənclər millisində oynamağa qədər yüksəlib. Əsas yığmaya Buhagiyar düşə bilməsə də, Avropaya üz tutduqdan sonra Malta millisinə dəvət alıb.Futbolçu Kəpəzi sonuncu pillələrdən çıxarmağa söz verib və hücumun istənilən mövqeyində oynamağa hazır olduğunu bildirib – mərkəz hücumçusu istisna olmaqla.

    Momo Yansane (Torpedo Kutaisi – Sumqayıt)  

    Potensial baxımdan çox maraqlı transferdir və ilk dövrənin ən az qol vuran komandası üçün bu problemi həll edə bilər. Yansane postsovet məkanında kifayət qədər təcrübəlidir: Belarusun İsloçi klubunda məhsuldar oyun sərgiləyib, Şerifin heyətində isə hətta Çempionlar Liqasının qrup mərhələsində fərqlənib.  4 il əvvəl hücumçu vətənində tanınaraq, Qvineya millisinin heyətində indiyə qədər yeganə oyununu keçirib.

    Yansane hər komandada uğurlu olmayıb – Torpedo Kutaisi`də cəmi üç dəfə fərqlənib, Xorvatiyanın Rieka klubunda isə ümumiyyətlə qol vura bilməyib. Lakin bu, Sumqayıtda onun motivasiyasını daha da artıracaq, çünki komanda məhz qol vuran hücumçunun yoxluğunu hiss edir.  

    Mərc edin, Azərbaycan çempionatının oyunlarını izləyin və MelBet ilə qazanın!

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni