Azərbaycan çempionatları tarixində ilk dəfə olaraq iki komanda arasındakı ümumi top fərqi 100-ü keçib. Sport-Az portalının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu rekord “Qarabağ” və “Sumqayıt” komandalarının qarşılaşmalarında qeydə alınıb.
İndiyə qədər bu iki komanda 50 dəfə üz-üzə gəlib və texniki nəticələr nəzərə alınmadan, Ağdam təmsilçisi 124 qol vurub, “Sumqayıt” isə 23 dəfə fərqlənib.
Qeyd edək ki, iki komanda arasındakı ikinci ən böyük fərq “Qarabağ” – “Şamaxı” duelinə aiddir. Burada Ağdam klubu 68 top fərqi ilə öndədir – ümumi hesab: 114-46.



