More

    Azərbaycan futzal yığması İslamiadada möhtəşəm qələbə ilə başladı

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadınlardan sonra futzal millisi də ilk matçına çıxıb və uğurla start verib. A qrupunda mübarizə aparan komandamız açılış oyununda Liviya millisi ilə qarşılaşıb.

    Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçirilən həyəcanlı və gərgin mübarizədə Azərbaycan millisi 5:4 hesabı ilə üstün olub. Bu oyunda millimizin baş məşqçisi Yevgeni Kukseviçdir.

    Yığmamız noyabrın 6-da Özbəkistan, iki gün sonra isə ev sahibi Səudiyyə Ərəbistanı komandası ilə üz-üzə gələcək.

    Azərbaycanı İslamiadada 14 futzalçı təmsil edir ki, onlardan 2-si qapıçı kimi çıxış edir:

    • Qapıçılar: Kamran Hacıyev (Neftçi İK), Cavad Məmmədov (Baku Fire)
    • Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (“Neftçi” İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (“Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (“Baku Fire”), Oqtay Mahmudzadə (U-19).

    Matçın gollari belə qeydə alınıb:

    • Liviya: Abdulrahim Alserksia (2-ci, 27-ci dəq), Mohamed Qaeb (11-ci dəq), Ahmed Alyumni (39-cu dəq)
    • Azərbaycan: Fərid Abbasov (1-ci, 21-ci, 33-cü dəq), Mirzə Əmirov (36-cı, 37-ci dəq)

    Yarışın rəsmi açılışı noyabrın 7-də, bağlanış mərasimi isə 21 noyabr tarixində keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni