More

    Azərbaycan gimnastları Portuqaliyada Dünya Kubokunun qalibi oldular

    Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançıları möhtəşəm uğura imza atıblar.

    Sport-az xəbər verir ki, final mərhələsində çıxış edən Medinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq duet yüksək nəticə göstərərək 19,350 xal toplayıb və birinci yeri tutaraq qızıl medal qazanıb.

    Bu nəticə ilə komandamız yarışın ən güclüsü olduğunu bir daha sübut edib. Qeyd edək ki, bu cütlük daha əvvəl dünya çempionatında gümüş medal qazanmış və bu yarışın seçmə mərhələsini də birinci pillədə tamamlamışdı.

    Yarış hələ də davam edir və Azərbaycan idmançıları digər kateqoriyalarda da uğur qazanmağa iddialıdır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni