More

    Azərbaycan gimnastları Qahirədəki “Firon Kuboku”nda gümüş medallara yiyələndilər

    Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə təşkil olunan beynəlxalq “Pharaohs Cup” turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər. Bu, 2025-ci ildə Azərbaycan gimnastlarının beynəlxalq arenada qazandığı növbəti nailiyyətdir – il ərzində komandamız San-Marino və Belarusda da bir neçə medal əldə edib.

    Rəsul Əhmədzadə sərbəst hərəkətlər proqramında 13.033 xal toplayaraq gümüş medal qazanıb. O, həmçinin dayaqla at növündə 13.366 xalla yenidən ikinci yeri tutub.

    Aydın Əlizadə isə sərbəst hərəkətlərdə 12.533 xal qazanaraq gümüş medala layiq görülüb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni