Bu gün Azərbaycan I Liqasında ilk 9-cu tur matçları keçirilib. Birinci dövrənin son turu iki oyuna start verib.
Ev sahibi “Mingəçevir” öz meydanında “Baku Sportinq”lə qarşılaşıb. Komanda hesabda önə çıxa bilməsinə baxmayaraq, keçirtdiyi oyunda azlıqda qalıb və nəticədə 1:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətlə “Baku Sportinq” “Mingəçevir”lə xalları bərabərləşdirib.
Turun ikinci oyunu “Şimal” və “Zaqatala” komandaları arasında baş tutub. Rüstəm Məmmədovun rəhbərliyi altında olan “Zaqatala” autsayder “Şimal”ı 4:0 kimi böyük fərqlə məğlub edib və xal sayını 16-ya çatdırıb.
Turun digər qarşılaşmaları – “Difai” – MOİK, “Şahdağ Qusar” – “Şəfa” və “Səbail” – “Cəbrayıl” görüşləri isə sabah keçiriləcək.
Oyunun qolları aşağıdakı kimidir:
- “Mingəçevir” – “Baku Sportinq” 1:2
Qollar: X. Muradov, 4-cü dəqiqə – İ. Allahverdiyev, 78; X. Məmmədli, 84 - “Şimal” – “Zaqatala” 0:4
Qollar: C. Kərimov, 7 və 38; R. İsmayılov, 56; M. Lumbu Freddi, 72



