More

    Azərbaycan I Liqasında birinci dövrənin son turu start götürür

    Bu gün Azərbaycan I Liqasının IX turu başlayır və turun ilk iki oyununa paytaxt və bölgələr ev sahibliyi edəcək. Öncə “Mingəçevir” öz meydanında “Baku Sportinq”i qəbul edəcək. Səfərdə qələbə qazanan paytaxt komandası, turnir cədvəlində üçüncü pillədə qərarlaşmış “Mingəçevir”lə xallarını bərabərləşdirə bilər.

    Tura isə “Şimal” – “Zaqatala” görüşü ilə yekun vurulacaq. Zaqatala təmsilçisi baş məşqçi Rüstəm Məmmədovun rəhbərliyi altında autsayder “Baku Sportinq”ə uduzmamağa çalışacaq.

    Bu gün keçiriləcək qarşılaşmaların təfsilatı:

    • 14:00 – “Mingəçevir” – “Baku Sportinq”
      Hakimlər: Murad Səlimov, Elmin Süleymanov, Safalı Ağayev, Kamran Əliyev
      Hakim-inspektor: Vüsal Əliyev
      AFFA nümayəndəsi: Mahal Məmmədov
      Məkan: Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
    • 14:30 – “Şimal” – “Zaqatala”
      Hakimlər: Əkbər Əhmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev
      Hakim-inspektor: Orxan Məmmədov
      AFFA nümayəndəsi: Azər Əsgərov
      Məkan: Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni