Azərbaycan I Liqasının birinci dövrəsi Elvin Məmmədovla Cavid Hüseynovun qarşılaşması ilə tamamlanır

Azərbaycan I Liqasında 9-cu turun oyunları davam etməkdədir. Birinci dövrənin son turuna 3 qarşılaşma ilə yekun vurulacaq.

MOİK komandası səfərdə “Difai” ilə qarşılaşacaq. Lider mövqedə olan “Şəfa” isə səfərdə “Şahdağ Qusar”la əhəmiyyətli matça çıxacaq. Turun ən maraqlı qarşılaşmalarından biri Bayılda keçiriləcək. Ötən mövsüm Premyer Liqada “Səbail”in təmsilçiləri Elvin Məmmədov və Cavid Hüseynov bir-birini əvəzləyərək komandanın sükanı arxasında olmuş və qarşılaşmaları maraqla izlənilmişdi. Bu dəfə onların debüt duelində gərgin mübarizə gözlənilir.

Qeyd edək ki, turun digər iki oyunu artıq baş tutub: “Mingəçevir” evdə “Baku Sportinq”ə 1:2 hesabı ilə uduzub, “Zaqatala” səfərdə “Şimal”ı 4:0 kimi böyük fərqlə məğlub edib.

Azərbaycan I Liqası, 9-cu tur, 27 noyabr

  • 14:30. “Difai” – MOİK
    Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Səbuhi Soltanov, Alik Yunusov
    Hakim-inspektor: Əmrah İbrahimov
    AFFA nümayəndəsi: Elman Musayev
    Ağsu şəhər stadionu
  • 14:30. “Şahdağ Qusar” – “Şəfa”
    Hakimlər: Namiq Bəkirov, Rəhman Aslanov, Samir Qaracayev, Mahmud Bağırzadə
    Hakim-inspektor: Munis Abdullayev
    AFFA nümayəndəsi: Erkin Hüseynov
    Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu
  • 15:00. “Səbail” – “Cəbrayıl”
    Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov
    Hakim-inspektor: Ömər Paşayev
    AFFA nümayəndəsi: Rüfət Əmirov
    “ASCO Arena”

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni