More

    Azərbaycan II Liqasında VIII turun oyunları davam edir

    Azərbaycan II Liqasında VIII tur çərçivəsində bu gün daha üç qarşılaşma keçiriləcək. Oyunlar 14:30-da başlayacaq.

    Bu turda “Şəmkir” klubu “Araz Saatlı”nın qonağı olacaq. Lider “Qaradağ Lökbatan” səfərdə “Göygöl” komandası ilə qarşılaşacaq. İddialı komandalar arasında yer alan “Şirvan” isə evdə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək.

    Xatırladaq ki, dünən artıq tur çərçivəsində “Xankəndi” səfərdə “Ağdaş”ı 4:0, “Şəki Siti” “Kür-Araz”ı 4:1, “Quba” isə “Dinamo”nu 3:0 hesabı ilə məğlub edib.

    Bu gün keçiriləcək matçların təfərrüatları:

    • 14:30: “Araz Saatlı” – “Şəmkir”Hakimlər: Kamil Aydınov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Sənan BayramzadəHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Yavər RəhimovMəkân: Saatlı, Olimpiya İdman Kompleksinin stadionu
    • 14:30: “Göygöl” – “Qaradağ Lökbatan”Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Niyaz ƏhmədovHakim-inspektor: Rövşən ƏhmədovAFFA nümayəndəsi: İlham ƏliyevMəkân: Göygöl, Olimpiya İdman Kompleksinin stadionu
    • 14:30: “Şirvan” – “Ağstafa Gəncləri”Hakimlər: Nazim Abdullayev, Ağadur Mahmudov, Tural Bayramov, Ləman ƏmirliHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Elman MusayevMəkân: Şirvan, Olimpiya İdman Kompleksinin stadionu

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni