Azərbaycan II Liqasında X turun son oyunları keçiriləcək

Azərbaycan II Liqasında bu gün X tur üzrə son iki qarşılaşma baş tutacaq. Turun bağlanış matçlarında “Şəki Siti” komandası Bakıda “Dinamo”nun qonağı olacaq, “Xankəndi” isə Saatlıda “Kür-Araz”la üz-üzə gələcək.

Qarabağ təmsilçisi “Xankəndi”nin baş məşqçisi İbrahim Uzuncanın rəhbərliyi altında olduğu komanda, ötən gün liderliyi təhvil verdiyi “Qaradağ Lökbatan”dan geri almaq məqsədilə Saatlıda mümkün qədər çox qol vurub qələbə qazanmağa çalışacaq.

Turun digər qarşılaşmalarında “Quba” “Ağstafa Gəncləri”ni 4:2, “Şəmkir” “Göygöl”ü 2:1, “Qaradağ Lökbatan” “Şirvan”ı 5:0, “Araz Saatlı” isə “Ağdaş”ı 3:1 hesabı ilə məğlub edib.

Bu gün keçiriləcək görüşlər:

  • 14:00 — “Dinamo” – “Şəki Siti” (Binə qəsəbə stadionu)
    Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli
    Hakim-inspektor: Anar Salmanov
    AFFA nümayəndəsi: İlham Əliyev
  • 14:30 — “Kür-Araz” – “Xankəndi” (Saatlı Olimpiya İdman Kompleksi stadionu)
    Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Ceyhun Hüseynov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Nəriman Axundov

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni