More

    Azərbaycan Kuboku: 1/4 final mərhələsi, cavab oyunları

    Azərbaycan Kuboku: “Neftçi” “Kəpəz”ə, “Zirə” “Araz-Naxçıvan”a qarşı

    Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab oyunları keçirilir. Daha iki qarşılaşmanın baş tutacağı günün sonunda bütün yarımfinalçılar bəlli olacaq.

    sport-az.com xəbər verir ki, mərhələnin mərkəzi oyununda “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. İlk görüşdə “Araz-Naxçıvan” minimal hesabla qələbə qazansa da, Rəşad Sadıqovun komandası bu üstünlüyü əldən vermək niyyətində deyil. “Zirə” ötən mövsüm turnirin finalçısı olub və bu dəfə də uğurlu çıxışını davam etdirmək arzusundadır.

    Günün ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Kəpəz”i qəbul edəcək. İlk oyunda 2:0 hesablı qələbə qazanan “ağ-qaralar” cütün favoriti hesab olunur. Əgər sürpriz yaşanmasa, “Neftçi” yarımfinalda “Sabah” ilə qarşılaşacaq. “Qarabağ” isə “Zirə” və “Araz-Naxçıvan” cütünün qalibi ilə üz-üzə gələcək.

    📅 28 fevral

    🕓 16:00 | “Zirə” – “Araz-Naxçıvan”
    📍 Zirə İdman Kompleksinin stadionu
    Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
    VAR: Əliyar Ağayev, Akif Əmirəli
    Hakim-inspektor: Rəhim Həsənov
    AFFA nümayəndəsi: Elçin Mehtiyev
    (İlk oyun: 0:1)

    🕢 19:30 | “Neftçi” – “Kəpəz”
    📍 “Neftçi Arena”
    Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
    VAR: Rəvan Həmzəzadə, Kamran Bayramov
    Hakim-inspektor: Orxan Məmmədov
    AFFA nümayəndəsi: Emin Cəfərov
    (İlk oyun: 2:0)

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni