Azərbaycan Kuboku 2025/2026 mövsümünün püşkü atıldı

Azərbaycan Kubokunun 2025/2026 mövsümündə mübarizə aparacaq komandaların püşkatma mərasimi baş tutub. Sport-az.com-un “Report”a istinadən verdiyi xəbərə görə, tədbirdə təsnifat mərhələlərinin cütlükləri müəyyənləşib.

I təsnifat mərhələsi

  1. “Dinamo” – “Kür-Araz”
  2. “Göygöl” – “Şəmkir”
  3. “Şəki City” – “Araz Saatlı”
  4. “Qaradağ-Lökbatan” – “Ağdaş”
  5. “Quba” – “Xankəndi”
  6. “Ağstafa Gəncləri” – “Şirvan”

II təsnifat mərhələsi

  • “Şimal” – “Şahdağ Qusar”
  • “Zaqatala” – “Sumqayıt”
  • “Neftçi” – MOİK
  • “Səbail” – “Şamaxı”
  • “Qəbələ” – “Mingəçevir”
  • 5-ci cütün qalibi – “Baku Sportinq”
  • 4-cü cütün qalibi – “Karvan”
  • 1-ci cütün qalibi – “İmişli”
  • 6-cı cütün qalibi – “Kəpəz”
  • 2-ci cütün qalibi – “Difai”
  • 3-cü cütün qalibi – “Turan Tovuz”

Qeyd edək ki, turnirdə ümumilikdə 34 komanda iştirak edəcək. 1/4 final mərhələsinə qədər qaliblər bir oyunla müəyyən olunacaq, daha sonrakı mərhələlərdə isə ev-səfər prinsipi tətbiq ediləcək.

Azərbaycan Kubokunun final görüşü mayın 13-də “Neftçi Arena”da keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni