Azərbaycan Kuboku: Start qarşılaşmalarının cədvəli bəlli oldu

Azərbaycan Kubokunun 2025/2026 mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qarşılaşmalar hər gün saat 14:00-da başlayacaq.

I təsnifat mərhələsi oyunları aşağıdakı kimi planlaşdırılıb:

9 oktyabr (cümə axşamı)

“Şəki Siti” – “Araz Saatlı” (Rekord Arena)

“Qaradağ Lökbatan” – “Ağdaş” (Lökbatan Olimpiya İdman Kompleksinin stadionu)

“Dinamo” – “Kür-Araz” (Binə qəsəbə stadionu)

“Ağstafa Gəncləri” – “Şirvan” (Ağstafa şəhər stadionu)

10 oktyabr (cümə)

“Göygöl” – “Şəmkir” (Göygöl Olimpiya İdman Kompleksinin stadionu)

“Quba” – “Xankəndi” (Quba Olimpiya İdman Kompleksinin stadionu)

Bu açılış oyunları mövsümün gedişatına maraqlı start verəcək və komandaların mübarizəsinə rəng qatacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni