Azərbaycan Kubokunda 1/8 final mərhələsinin cütlükləri açıqlanıb

Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinin oyunları başa çatdıqdan sonra 1/8 finala yüksələn komandalar və onların qarşılaşma cütlükləri müəyyənləşib.

Oktyabrın 29-da keçirilən qarşılaşmalar nəticəsində “Neftçi”, “Qəbələ”, “Şahdağ Qusar”, “Şamaxı”, “Sumqayıt” və “Difai” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar. Əvvəlki raundda isə “Turan Tovuz”, “Karvan-Yevlax”, “İmişli”, “Kəpəz”, “Şəfa” və “Baku Sportinq” qalib gəlib.

Beləliklə, 1/8 final mərhələsinin cütlükləri aşağıdakı kimi formalaşıb:

  • “Şamaxı” – “Baku Sportinq”
  • “Qarabağ” – “Karvan-Yevlax”
  • “İmişli” – “Sabah”
  • “Qəbələ” – “Şəfa”
  • “Şahdağ Qusar” – “Turan Tovuz”
  • “Araz-Naxçıvan” – “Kəpəz”
  • “Difai” – “Sumqayıt”
  • “Zirə” – “Neftçi”

Məlumat üçün bildirək ki, oktyabrın 29-da keçirilən II təsnifat mərhələsində aşağıdakı oyunlar oynanılıb:

  • “Şimal” – “Şahdağ Qusar” 0:2
  • “Xankəndi” – “Difai” 1:2
  • “Zaqatala” – “Sumqayıt” 0:3
  • “Qəbələ” – “Mingəçevir” 5:1
  • “Səbail” – “Şamaxı” 0:1
  • “Neftçi” – MOİK 6:2

Ötən gün isə aşağıdakı komandalara 1/8 finala yüksəlmək nəsib olub:

  • “Kəpəz”, “Karvan-Yevlax”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq”, “Şəfa”

Bu mərhələnin oyunları dekabr ayında keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni