Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Matçlar üç gün ərzində keçiriləcək və aşağıdakı kimi planlaşdırılıb:
2 dekabr (çərşənbə axşamı)
- “Şahdağ Qusar” – “Turan Tovuz”, Saat 15:00, “SOCAR Polymer Arena”
- “Zirə” – “Neftçi”, Saat 19:00, Zirə İdman Kompleksinin stadionu
3 dekabr (çərşənbə)
- “Şamaxı” – “Baku Sportinq”, Saat 14:00, Şamaxı şəhər stadionu
- “İmişli” – “Sabah”, Saat 14:00, Quba Olimpiya İdman Kompleksinin stadionu
- “Qarabağ” – “Karvan-Yevlax”, Saat 19:00, “Azersun Arena”
4 dekabr (cümə axşamı)
- “Qəbələ” – “Şəfa”, Saat 15:00, Qəbələ şəhər stadionu
- “Araz-Naxçıvan” – “Kəpəz”, Saat 19:00, “Liv Bona Dea Arena”
- “Difai” – “Sumqayıt”, Saat 19:00, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd etmək lazımdır ki, “Şahdağ Qusar”un ev oyunu texniki səbəbdən Şamaxı OİK stadionu yerinə “Socar Polymer Arena”da keçiriləcək. Həmçinin, “Difai” – “Sumqayıt” oyunu Ağsu şəhər stadionunun uyğun olmaması səbəbindən Sumqayıt stadionunda baş tutacaq.
Premyer Liqa komandalar arasında keçiriləcək qarşılaşmalarda VAR sistemindən istifadə olunacaq.



